Vergilər Nazirliyinin Apellyasiya Şurasına ötən il daxil olan müraciətlərin 52%-i təmin edilib

Vergilər Nazirliyinin Apellyasiya Şurasına ötən il daxil olan müraciətlərin 52%-i təmin edilib Bu barədə Nazirlik məlumat yayıb
Biznes
3 Mart , 2017 14:19
Vergilər Nazirliyinin Apellyasiya Şurasına ötən il daxil olan müraciətlərin 52%-i təmin edilib

Bakı. 3 mart. REPORT.AZ/ Vergilər Nazirliyinin Apellyasiya Şurasının icraatında 2016-cı il ərzində 171 müraciət olub.

“Report” Nazirliyə istinadən xəbər verir ki, bu müraciətlərin 5-i əvvəlki ildən qalıq qalıb, 166 müraciət isə 2016-cı il ərzində daxil olub.

İcraata götürülmüş müraciətlərdən 61-i səyyar vergi yoxlamaları, 42-si kameral vergi yoxlamaları, 28-i operativ vergi nəzarəti, 3-ü eyni zamanda həm kameral, həm də səyyar vergi yoxlamaları ilə bağlı olub.

64 müraciətin (38,55%) tam, 23 müraciətin (13,85%) isə qismən təmin olunması barədə müvafiq qərarlar qəbul edilib. Eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün 15 müraciətin icraatına “İnzibati icraat haqqında” qanunun 72.2-ci maddəsinə uyğun olaraq xitam verilib, 5 müraciət vergi ödəyicisi tərəfindən geri götürüldüyü üçün “İnzibati icraat haqqında” qanunun 75.1.4-cü maddəsinə əsasən baxılmadan saxlanılıb. 20 müraciət “İnzibati icraat haqqında” qanunun 80.1.1-ci maddəsinə əsasən təmin edilməyib.

20 müraciətə Şuranın eyni məzmunlu müraciətlər üzrə müvafiq qərarları olduğu üçün, 6 müraciətə baxılması zamanı müraciətlərin predmetinin aradan qalxdığı üçün, habelə 7 müraciətə isə təklif xarakterli olduğu üçün müvafiq məktublar göndərilib.

11 müraciət üzrə qanunvericiliyə uyğun olaraq inzibati araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi