Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində kollegiya iclası keçirilib Vergilər nazirinin rəhbərliyi ilə bir sıra qurum rəhbərlərinin daxil olduğu İdarəetmə Mərkəzinin yaradılır
Biznes
29 Dekabr , 2016 17:38
Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Deputat Fazil Mustafa / Report

Bakı. 29 dekabr. REPORT.AZ/ "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 23 dekabr 2016-cı il tarixli qanunun tətbiqi ilə bağlı Vergilər Nazirliyində kollegiya iclası keçirilib. Bu barədə “Report”a Vergtilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, ötən illər ərzində milli vergi sistemində də geniş islahatlar aparılıb: “Çevik vergi siyasətinin həyata keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan şəffaf mexanizmlər əsasında qurulması, onlara geniş xidmətlərin, o cümlədən elekron xidmətlərin təqdim edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb”.

F.Məmmədov bildirib ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətlərini müəyyən etmiş, sərəncamdan irəli gələn məsələlərin həlli, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub və bu istiqamətdə işlər davam etdirilir. Cari ilin sentyabr ayında Qlobal Forumun Qiymətləndirmə Qrupu Azərbaycanın vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı ölkə hesabatını qəbul edərək ölkəyə yüksək reytinq verib.

F.Məmmədov sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və digər qanun layihələrinin artıq qəbul olunduğunu və dövlət başçısı tərəfindən imzalandığını diqqətə çatdırıb.

Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edildiyini vurğulayan nazir bildirib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Kollegiya iclasında Vergi Məcəlləsində dəyişikliklərdən irəli gələn məsələlərlə bağlı müzakirələr aparılıb, real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud vəziyyət ətraflı müzakirə edilib.

Kollegiyada "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı Tədbirlər Planı qəbul edilib.

Toplantıda yekun nitqi ilə çıxış edən F.Məmmədov Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icrasının təmin olunması məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi, nazir müavinləri və bir sıra qurum rəhbərlərinin də daxil olduğu İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı konkret tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi