Vergilər Nazirliyində 7 departament yaradılıb

Vergilər Nazirliyində 7 departament yaradılıb Nazirliyin tərkibində olan 6 baş idarə departamentə çevrilib
Biznes
5 Yanvar , 2017 12:04
Vergilər Nazirliyində 7 departament yaradılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyində bir sıra struktur islahatları aparılıb. “Report” xəbər verir ki, Nazirliyin tərkibində 7 departament yaradılıb.

Məlumata görə, Nazirliyin tərkibində olan 6 baş idarə eyni adlı departamentə çevrilib və əlavə olaraq bir yeni departament yaradılıb.

Yaradılan departamentlər Vergi siyasəti və strateji araşdırmalar Departamenti, Daxili təhlükəsizlik Departamenti, Vergi risklərinin təhlili və nəzarəti Departamenti, Hüquq Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Departament, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamenti və yeni yaradılan Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentidir.

Son xəbərlər

Orphus sistemi