Yuxarı
    Bağlamaq

    ​Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

    Sadələşdirilmiş verginin ödəyiciləri bəyannamələrini aprelin 20-dək təqdim etməlidir

    Bakı. 5 aprel. REPORT.AZ/ Sadələşdirilmiş verginin ödəyiciləri hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verməli və həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin sadələşdirlimiş vergi ödəyicilərinə etdiyi müraciətdə deyilir.

    "Sadələşdirilmiş vergi ödəyicisinin 1-dən artıq təsərrüfat subyekti (obyekti) varsa, o, eyni zamanda, “Sadələşdirilmiş verginin bəyannaməsi”nə 3 nömrəli Əlavəni də tərtib edərək təqdim etməlidir”, - deyə müraciətdə qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi