Vergilər Nazirliyi üç tender keçirir

Vergilər Nazirliyi üç tender keçirir Müsabiqələr üzrə təklif zərfləri fevralın 17-də açılacaq
Biznes
31 Dekabr , 2016 10:54
Vergilər Nazirliyi üç tender keçirir

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi müxtəlif malların alınması məqsədi ilə 3 tender elan edib. “Report” xəbər verir ki, tender təklifi və tender təklifinin təminatı 2017-ci il fevralın 16-sı saat 18:00-a qədər Vergilər Nazirliyinin əsas binasına (Lev Landau küçəsi,16) təqdim edilməlidir.

Məlumatda deyilir ki, tenderlər təsərrüfat malları, dəftərxana malları və poliqrafiya məhsullarının alınması üçün keçirilir. Hər üç tender üzrə iştirakçı olmaq və şərtləri əldə etmək üçün 400 manat ödənilməlidir.

Tender təklifi və tender təklifinin təminatı istisna olmaqla digər sənədlər 2017-ci il fevralın 8-i saat 18:00-a qədər Nazirliyə təqdim edilməlidir.

Müsabiqə üzrə təklif zərfləri isə fevralın 17-də açılacaq. Şərtlərə görə, mallar müqavilə bağlanıldığı gündən etibarən hiss-hissə 2017-ci il dekabrın 31-dək təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi