Yuxarı

​Vergilər Nazirliyi üç tender keçirir

Satınalma müsabiqəsində iştirak etmək istəyənlər tender təklifinin 3%-i həcmində təminat verməlidir

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi üç açıq tender elan edib. "Report"un xəbərinə görə, satınalma müsabiqəsi 3 müxtəlif işin görülməsi üçün elan edilib.

Məlumata görə, təsərrüfat və dəftərxana mallarının alınması, həmçinin poliqrafiya məhsullarının çapı üçün elan edilən tenderlərə son müraciət tarixi fevralın 16-sı saat 18:00-da müəyyən edilib.

Satınalma müsabiqəsində iştirak etmək istəyənlər tender təklifinin 3%-i həcmində təminat da verməlidir. 

Həmçinin tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 400 manat məbləğində iştirak haqqını Vergilər Nazirliyinin hesabına köçürməli, ödəniş sənədinin surətini isə müvafiq qaydada təqdim etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi