Vergilər Nazirliyi: "Sintra+" su filtrləri satan şirkət vergidən yayınıb

Vergilər Nazirliyi: "Sintra+" su filtrləri satan şirkət vergidən yayınıb Faktla bağlı materiallar cinayət işinin başlanması üçün Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilib
Biznes
29 Aprel , 2016 16:57
Vergilər Nazirliyi: Sintra+ su filtrləri satan şirkət vergidən yayınıb

Bakı. 29 aprel. REPORT.AZ/ “E-ticarət”lə məşğul olan və məhsulları internet vasitəsilə reklam olunan vergi ödəyicilərinin fəaliyyəti təhlil olunarkən “Sintra+” brendi altında su filtrlərinin satışını həyata keçirən fiziki şəxslər tərəfindən təqdim edilmiş vergi hesabatlarında bəyan olunmuş vergi öhdəlikləri və muzdlu işə cəlb edilmiş işçi sayları arasında ciddi kənarlaşmalar aşkarlandığından, həmin vergi ödəyicilərində vergi nəzarəti tədbirləri həyata keçirilib. Bu barədə “Report”a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Araşdrırma zamanı vergi ödəyiciləri Azər Nazim oğlu Həsənovun fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail və Nərimanov rayonlarında yerləşən obyektlərdə (“Su filtirlərinin servisi və saxlanılması anbarı” və “Su filtirlərinin servis ofisi”), Mahmud Mayıl oğlu Müşkürovun Sumqayıt şəhərində yerləşən “Su filtirlərinin servisi və satışı” obyektində və Asim Alim oğlu Cəfərovun Gənçə şəhərində yerləşən ofisində vergi hesabatlarında bəyan etməməklə gəlirləri müəyyən edən maliyyə sənədlərinin saxtalaşdırılaraq külli miqdarda vergidən yayınma, habelə həmin vergi ödəyiciləri tərəfindən əmək müqavilələrinin (kontraktının) hüquqi qüvvəyə minmədən 37 nəfərin işlərə cəlb olunduğu aşkar edilib və yol verilmiş qanun pozuntuları müvafiq aktlarla rəsmiləşdirilib.

İşçilərdən alınmış izahatlardan aydın olub ki, bu sahədə bir neçə ay ərzində fəaliyyət göstərmələrinə baxmayaraq, onlarla əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.

Araşdırma zamanı nəzarət tədbirinin keçirildiyi obyektlərin vergi orqanında qeydiyyata alınmadığı və nəzarət-kassa aparatı quraşdırılmadan fəaliyyət göstərdikləri müəyyən olunaraq, vergi hesabatlarında bəyan etməməklə külli miqdarda vergilərin gizlədilməsini müəyyən edən sənədlər götürülüb.

Faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması üçün Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilib.

Son xəbərlər

Orphus sistemi