Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib

Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib Qanun qəbul edilsə, ölkəyə gətirilən siqaretlərə elektron möhürlər vurulacaq
Biznes
7 İyul , 2017 10:51
Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib
Report

Bakı. 7 iyul. REPORT.AZ/ "Azərbaycan Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib. Bu qanun qəbul edilsə, ölkəyə gətirilən siqaretlərə elektron möhürlər vurulacaq". "Report" xəbər verir ki, bunu tütünə vergi tətbiqi ilə bağlı keçirilən seminarda Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə dünya üzrə koordinatoru Patrisio Markez Vergilər Nazirliyində keçirdiyi görüş haqqında danışarkən deyib.

P.Markezin sözlərinə görə, yeni təklifin qəbulu ölkəyə gətirilən siqaretlərin saxta olub-olmadığını bilməyə əsas verəcək: "Onu da qeyd edim ki, bu möhürlər elə olacaq ki, hətta onu mobil telefonlar vasitəsilə də müəyyən etmək mümkün olacaq. Hesablamalarımıza görə, hazırda Azərbaycan Gürcüstan və Ukraynaya nəzərən hər siqaret qutusunda 60 sent itirir".

Son xəbərlər

Orphus sistemi