​Vergilər Nazirliyi bu il 53 min vergi ödəyicisində qanun pozuntusu aşkar edib

​Vergilər Nazirliyi bu il 53 min vergi ödəyicisində qanun pozuntusu aşkar edib Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görüldüyü deyilir
Biznes
5 Oktyabr , 2015 16:44
​Vergilər Nazirliyi bu il 53 min vergi ödəyicisində qanun pozuntusu aşkar edib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 52 953 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. "Report"un Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinə istinadən verdiyi məlumata görə, 9 397 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu aşkar edilib.

Bununla yanaşı valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 2 338 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 6893 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Məlumata görə, həmçinin 2 524 vergi ödəyicisi tərəfindən 4 202 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2 539 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 1 110 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görüldüyü deyilir.

Son xəbərlər

Orphus sistemi