Vergilər Nazirliyi 145 vergi ödəyicisində pozuntu aşkar edib

Vergilər Nazirliyi 145 vergi ödəyicisində pozuntu aşkar edib Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib
Biznes
11 Yanvar , 2016 18:06
Vergilər Nazirliyi 145 vergi ödəyicisində pozuntu aşkar edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirib, ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən, “Ameqo” MMC topdansatış bazası, “Sonalar Sonası” şadlıq evi, “Favorit” marketdə bir sıra qanun pozuntuları aşkar edib. Bu barədə “Report”a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Keçirilmiş tədbirlər zamanı 84 vergi ödəyicisi tərəfindən aksizli malların az miqdarda nağd qaydada satıldığı müəyyən edilərək, İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən barələrində 8,4 min manat məbləğində inzibati cərimə tətbiq olununb. 47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234,8 min manat dəyərində 57 542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək, məsul saxlamaya verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68A ünvanında yerləşən “Naiqin-K Tovuz Baltiya” MMC-yə məxsus “Tovuz KonyaK” evində əməliyyat tədbiri keçirilərək, nəzarət qaydasına alınıb, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən və toplanmış materialda Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı cinayət işi başlayıb.

Son xəbərlər

Orphus sistemi