Vergilər nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Qusarda vətəndaşları qəbul edib Vergilər nazirinin müavini Sahib Ələkbərov Qusar rayonundakı Vergi ödəyicilərinə xidmət mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.
Biznes
25 May , 2019 16:54
Vergilər nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Sahib Ələkbərov Qusar rayonundakı Vergi ödəyicilərinə xidmət mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilər Nazirliyindən “Report”a verilən məlumata görə, qəbulda vergi ödəyicilərinin öz fəaliyyətlərini şəffaf şəkildə qurmalarına mane olan amillər, vergilərin hesablanması, ödənilməsi, e-qaimələrin tətbiqi, vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotu, habelə vergi inzibatçılığı sahəsində qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə Nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi