Vergilər nazirinin I müavini Neftçalada vətəndaşları qəbul edəcək

Vergilər nazirinin I müavini Neftçalada vətəndaşları qəbul edəcək Vergilər nazirinin I müavini Sahir Məmmədxanov iyulun 24-də Neftçala rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydər Əliyev prospekti, 35) Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Biznes
18 İyul , 2019 18:08
Vergilər nazirinin I müavini Neftçalada vətəndaşları qəbul edəcək
Vergilər Nazirliyi / Report

Vergilər nazirinin I müavini Sahir Məmmədxanov iyulun 24-də Neftçala rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydər Əliyev prospekti, 35) Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyindən “Report”a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 19-22 iyul tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1 Çağrı Mərkəzi”nə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi