Yuxarı

​Vergilər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Qəbulda Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər

Bakı. 16 may. REPORT.AZ/ Mayın 20-də vergilər naziri Fazil Məmmədov Yardımlı rayonunda Vergi ödəyicilərinə Xidmət Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev küçəsi,167) vətəndaşları qəbul edəcək. 

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Report”a verilən məlumata görə, qəbulda Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qurumun açıqlamasında deyilir ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 6 saylı ərazi Vergilər İdarəsi, Yardımlı, Masallı, Astara və Lerik rayonlarının Vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi