Yuxarı

​Vergilər naziri Şabranda vətəndaşları qəbul edəcək

Görüşdə sahibkarların vergi problemləri ilə bağlı müraciətlərinə baxılacaq

Bakı. 19 may. REPORT.AZ/ Mayın 22-də vergilər naziri Fazil Məmmədov Şabran rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzində Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. 

"Report" xəbər verir ki, H.Əliyev prospekti,121 ünvanında keçiriləcək qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 3 saylı Ərazi Vergilər İdarəsi, Şabran rayonu vergi ödəyicilərinə xidmət mərkəzi, Xaçmaz rayonu vergi ödəyicilərinə xidmət mərkəzi, Qusar rayonu vergi ödəyicilərinə xidmət mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi