Yuxarı
    Bağlamaq

    Vergilər naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

    Görüşdə Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər

    Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 24-də vergilər naziri Fazil Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edəcək. “Report”un Vergilər Nazirliyindən əldə etdiyi məlumata görə, görüşdə Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

    Məlumatda deyilir ki, qəbul Gədəbəy şəhəri, İbrahim Mirzəyev küçəsi,2 ünvanında yerləşən Aşıq Məktəbində baş tutacaq.

    Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

    Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 14 saylı Ərazi Vergilər İdarəsi, Qazax rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Ağstafa rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Tovuz rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və Gədəbəy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi