​Vergilər naziri Biləsuvarda vətəndaşlarla görüşəcək

​Vergilər naziri Biləsuvarda vətəndaşlarla görüşəcək Qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar qatıla bilər
Biznes
23 Noyabr , 2015 13:43
​Vergilər naziri Biləsuvarda vətəndaşlarla görüşəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 27-də vergilər naziri Fazil Məmmədov Biləsuvarda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Biləsuvar Olimpiya İdman Kompleksində keçiriləcək qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar qatıla bilər.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 6 saylı Ərazi Vergilər İdarəsi, Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonu vergi ödəyicilərinə xidmət mərkəzləri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi