Yuxarı

​Vergilər Nazirliyinin qaynar xəttinə müraciət edənlərin sayı 4% artıb

Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95% olub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 151 589 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çox zəng daxil olub. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat daxil olub.

Canlı əlaqə zamanı 140 176 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 13,2%-i qeydiyyat, 12,6%-i vergi növləri, 12,2%-i elektron imza, 11,2%-i elektron xidmətlər, 6,6%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 3,9%-i vergi ödəyicisinə göndərilmiş mesajlar, 3,2%-i büdcə ilə hesablaşmalar barədə olub.

Daxil olmuş sual xarakterli müraciətlərin 4 027-si barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, onlar orta hesabla 2,4 gün ərzində cavablandırılıb.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 12 290 dəfə vergi borcu, 6 900 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.

Vergi ödəyicilərinə 1 320 528 məlumat xarakterli mesaj göndərilib. Onlardan 1 307 287-si qısa mesaj, 9 135-i ikitərəfli mesaj, 4 106-sı isə səsli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,0% müəyyən edilib.

Yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaların sayı 2 608 976 olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi