Yuxarı
    Bağlamaq

    ​Vergi orqanlarına şikayətlər 33% azalıb

    Apreldə vergi orqanlarına daxil olan müraciətlərin 72%-i müsbət həll olunub

    Bakı. 17 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanın vergi orqanlarına 8 450 müraciət daxil olub ki, bunun da 97,3%-i ərizə, 2,5%-i şikayət, 0,2%-i təklifdir.

    "Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, müraciətlərin 53%-i müxtəlif arayışların alınması, 21,2%-i kameral vergi yoxlamaları, 6,7%-i vergi borcları, 1,7%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,8%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,9%-i digər məsələlərlə bağlı olub.

    Bütün müraciətlərə vaxtında baxılıb, onların 72,4%-i müsbət həll olunub.

    Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 32,9% azalıb. Ümumilikdə vergi orqanları tərəfindən 364 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi