Yuxarı
    Bağlamaq

    Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 977-yə çatıb

    Sərhədləri tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 594-ə çatıb

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

    "Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 25 nəfər artaraq 594-ə çatıb.

    Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 10 nəfər artıb və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

    Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 942-dən 977-yə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi