Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 977-yə çatıb

Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 977-yə çatıb Sərhədləri tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 594-ə çatıb
Biznes
13 Oktyabr , 2016 17:19
Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 977-yə çatıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 25 nəfər artaraq 594-ə çatıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 10 nəfər artıb və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 942-dən 977-yə çatıb.

Son xəbərlər

Orphus sistemi