Yuxarı

Vergi Apellyasiya Şurası ötən il 54 müraciətə baxıb

1 müraciət 2014-cü ildən qalıb, 53 müraciət isə 2015-ci il ərzində daxil olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən il ərzində Vergilər Nazirliyi Vergi Apellyasiya Şurasının icraatında 54 müraciət olub. "Report"un Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 1 müraciət 2014-cü ildən qalıb, 53 müraciət isə 2015-ci il ərzində daxil olub.

Şuranın icraatında olmuş müraciətlərdən 22-si kameral, 15-i səyyar vergi yoxlamasının, 15-i operativ vergi nəzarətinin nəticələri və 2-si isə digər məsələlər ilə bağlı olub.

Şuranın icraatında olmuş 54 müraciətdən 49-una Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” qanunun, “Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib, 5 müraciət isə 2016-cı ilə keçib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 49 müraciətin 27-si tam və ya qismən təmin edilib, 14-ü təmin edilməmiş, 4-nün icraatına xitam verilib, 3-ü baxılmadan saxlanılmış və 1-nin isə müddəti uzadılıb. Şura tərəfindən baxılmış 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti üzrə, 3-ü isə vergi orqanının müraciəti üzrə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi