​Vaşinqtonda sərmayə sammiti keçiriləcək

​Vaşinqtonda sərmayə sammiti keçiriləcək Sammit iyunun 19-21-i tarixlərində baş tutacaq
Biznes
24 May , 2016 14:52
​Vaşinqtonda sərmayə sammiti keçiriləcək

Bakı. 24 may. REPORT.AZ/ ABŞ-ın Ticarət Departamenti və Dövlət Departamentinin dəstəyi ilə “Select USA” adlı III Sərmayə Sammiti keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, sammit iyunun 19-21-də Vaşinqton şəhərində baş tutacaq.

“Select USA" proqramı çərçivəsində keçirilən bu sammit müxtəlif ölkələrdən ABŞ-a sərmayədarların cəlb olunması, həmçinin ABŞ şirkətlərinin beynəlxalq sərmayədarlarla birbaşa əlaqə yaratması və imkanların bölüşdürülməsi üçün platforma rolunu oynayır.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.

Sammit haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi