​Vahid Ələkbərov: "İŞİD "LUKoyl"-un İraqdakı fəaliyyəti üçün təhlükə törətmir"

​Vahid Ələkbərov: "İŞİD "LUKoyl"-un İraqdakı fəaliyyəti üçün təhlükə törətmir" "Orada bizim problemimiz yoxdur"
Biznes
30 Noyabr , 2014 15:14
​Vahid Ələkbərov: İŞİD LUKoyl-un İraqdakı fəaliyyəti üçün təhlükə törətmir

Bakı. 30 noyabr. REPORT.AZ/ " "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması "LUKoyl"-un İraqdakı fəaliyyəti üçün təhlükə törətmir".

"Report" xəbər verir ki, bunu İraqın neft naziri Adil Əbdül Mehdi ilə görüşdən sonra Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

"Biz orada işləmirik, biz cənubdayıq, orada bizim problemimiz yoxdur. İraqın cənubu stabildir", — deyə V.Ələkbərov qeyd edib.

Son xəbərlər

Orphus sistemi