Yuxarı
    Bağlamaq

    Ukraynada beynəlxalq sənaye forumu keçiriləcək

    Foruma Azərbaycan şirkətləri də dəvət olunub

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 30-da Ukrayna Sənayeçilər və Sahibkarlar Birliyinin (ULIE) təşkilatçılığı ilə Kiyevdə “Bazara sürətlə daxilolma qabiliyyətinə malik istehsal malları” (FMCG) adlı XIV Sənaye Forumu keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb. 

    Forum Ukraynada pərakəndə ticarətlə məşğul olan 30-dan çox aparıcı şirkəti və 200-dən çox Ukrayna, MDB, Avropa ölkələri, eləcə də FMCG istehsalçıları, qida və içki distribüterlərini bir araya gətirəcək.

    Tədbir sahibkarlara müqavilələrin mübadiləsi yolu ilə Ukraynanın ən böyük pərakəndə satış şəbəkələri və özəl istehsalçı şirkət nümayəndələri ilə əməkdaşlıq etmək imkanı verəcək.

    Sözügedən forumda iştirak üçün Azərbaycan şirkətləri də dəvət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi