Yuxarı

Ukraynada azərbaycanlı sahibkarlar üçün biznes sahəsində güzəştlər təklif olunub

Azərbaycandan olan iş adamlarına çağırış edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində "Çerkask Sərmayələr Forumu-2015" keçirilib. Forumda iş adamlarının müxtəlif sahələrə sərmayə qoyuluşu müzakirə edilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən "Report"a verilən məlumata görə, Forum çərçivəsində Çerkask vilayətinin qubernatoru Yuri Tkaçenko Konqres sədri Rövşən Tağıyevlə görüşərək Azərbaycandan olan iş adamlarına çağırış edib.

Qubernator bildirib ki, Çerkask Ukraynanın ən geniş potensiala malik olan vilayətlərindəndir və burada kənd təsərrüfatı, yüngül və ağır sənaye üzrə əlverişli biznes imkanları var. O Azərbaycandan olan iş adamlarına bu sahədə maksimum güzəştlər tətbiq etməyə hazır olduqlarını vurğulayıb.

Görüş zamanı Ukraynanın məşhur iş adamı Aleksey Vadaturski R.Tağıyevə azərbaycanlı iş adamları ilə bağlı təkliflərini açıqlayıb.

Forum çərçivəsində eyni zamanda Ukrayna Millətlər Assambleyasının rəhbəri olan Rövşən Tağıyev Gürcüstanın vitse spikeri Georgi Baramidze ilə də görüşüb. Vitse spiker Assambleya rəhbərinə Ukraynada etnik xalqlarla münasibətdə, o cümlədən gürcülərlə münasibətdə aktiv fəaliyyətinə görə minnətdarlıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi