Yuxarı

Ukrayna və Avstriya şirkətləri Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edir

Azərbaycan sahibkarları Şanxay Əməkdaşlıq Təşkilatı dövlətlərinin biznes forumuna da dəvət olunur

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda İnvestisiyalar və İxracın Təşviqi Fonduna (Azpromo) Ukraynanın Çernovitskaya vilayəti ərazisində yerləşən şirkətlərin investisiya təklifləri barədə məlumat daxil olub. "Report"un Azpromo-ya istinadən verdiyi xəbərə görə, təkliflər nəşriyyat işi, kənd təsərrüfatı, turizm, tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Bundan başqa, Avstriya şirkətlərinin əməkdaşlıq təklifləri barədə də Azpromo-ya məlumat daxil olub. Əməkdaşlıqda maraqlı olan işgüzar dairələr Fonda müraciət edə bilərlər.

Azpromo-nun yaydığı digər məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzv dövlətlərinin kiçik biznes nümayəndələrinin birinci forumu və “Tavriya üfüqləri: cazibədarlıq, əməkdaşlıq, investiya, iqtisadi inkişaf” VIII Beynəlxalq investisiya forumunda iştiraka dəvət olunur.

ŞƏT dövlətlərinin kiçik biznes nümayəndələrinin oktyabrın 21-23-də Ufada (Rusiya) birinci forumu təşkil olunacaq. Sentyabr ayında isə Xerson vilayətində (Ukrayna) “Tavriya üfüqləri: cazibədarlıq, əməkdaşlıq, investiya, iqtisadi inkişaf” beynəlxalq investisiya forumu keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi