Ukrayna şirkətləri Azərbaycanda tərəfdaş axtarır

Ukrayna şirkətləri Azərbaycanda tərəfdaş axtarır Bu, "Divali Group" və "Lauffer Foods" şirkətləridir
Biznes
2 Sentyabr , 2016 10:36
Ukrayna şirkətləri Azərbaycanda tərəfdaş axtarır

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olan Ukraynanın “Divali Group” və “Lauffer Foods” şirkətləri Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edib.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, “Divali Group” Ukraynanın ekoloji təmiz patentli mədən və üzvi-mədən gübrələrinin iri istehsalçısı olan “Oriy” şirkətinin rəsmi distribyutorudur. “Lauffer Foods” şirkəti isə qida məhsullarının istehsalı sahəsində ixtisaslaşıb.

"Əməkdaşlıq etməkdə maraqlı olanlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi