​Ukrayna şirkəti azərbaycanlı sahibkarlara əməkdaşlıq təklif edib

​Ukrayna şirkəti azərbaycanlı sahibkarlara əməkdaşlıq təklif edib “Zahidtransservice” MMC müxtəlif sahələrdə çalışan 53 müəssisədən ibarətdir
Biznes
28 İyun , 2016 20:37
​Ukrayna şirkəti azərbaycanlı sahibkarlara əməkdaşlıq təklif edib

Bakı. 28 iyun. REPORT.AZ/ Ukraynanın “Zahidtransservice” MMC şirkəti azərbaycanlı sahibkarları əməkdaşlığa (təqdimat materialları və kommersiya) dəvət edib.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən bildirir ki, şirkət ixracat üçün günəbaxan, raps, kətan və soya yağı, buğda, qarğıdalı, soya paxlası, raps toxumları, yem arpası, arpa, günəbaxan toxumları, noxud, şəkər, buğda unu, kərə yağı, süd, yoqurtlar, quru süd, toyuq yumurtası, yumurta tozu, pasterizə edilmiş quru yumurta sarısı, quru fermentləşdirilən termostabil yumurta sarısı, toyuq əti, günəbaxan balı, palıd taxtaları, şam ağacı tirləri, taxtalar və s. məhsullar təklif edir.

Maraqlananlar ətraflı məlumat əldə etmək üçün Ukraynanın Azərbaycandakı səfirliyinə (Sidyaçenko Vadim Qriqoryeviç, Tel: 012 449 40 92, email: [email protected]) müraciət edə bilərlər.

“Zahidtransservice” Ukrayna iqtisadiyyatının müxtəlif sahələrində çalışan 53 müəssisədən ibarətdir.

Son xəbərlər

Orphus sistemi