Yuxarı

Ukrayna şirkəti Azərbaycanda tərəfdaş axtarır

Şirkət kömür və palletin hazırlanması üçün istifadə olunan lövhələrin istehsalı sahəsində ixtisaslaşıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Ukraynanın “Verba-VV” şirkəti Azərbaycanın iş adamları ilə əməkdaşlıq əlaqələri yaratmaq istəyir.

“Report” xəbər verir ki, şirkətin müraciəti ilə əlaqədar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) məlumat yayıb. 

Şirkət kömürün və palletin hazırlanması üçün istifadə olunan lövhələrin istehsalı sahəsində ixtisaslaşıb. Əməkdaşlıq etmək istəyən azərbaycanlı iş adamları Fonda müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi