"Uber" şirkəti müştərilərin məlumatlarını qorumadığına görə cərimələnib

"Uber" şirkəti müştərilərin məlumatlarını qorumadığına görə cərimələnib Bakı. 20 dekabr. REPORT.AZ/ “Uber” nəqliyyat şirkəti müştərilərinin şəxsi məlumatlarının saxlanılması ilə bağlı təhlükəsizlik qaydalarını pozduğuna görə 400 min avro məbləğində cərimə olunub.
Biznes
20 Dekabr , 2018 14:52
Uber şirkəti müştərilərin məlumatlarını qorumadığına görə cərimələnib

Bakı. 20 dekabr. REPORT.AZ/ “Uber” nəqliyyat şirkəti müştərilərinin şəxsi məlumatlarının saxlanılması ilə bağlı təhlükəsizlik qaydalarını pozduğuna görə 400 min avro məbləğində cərimə olunub.

“Report” “France Presse”yə istinadən xəbər verir ki, belə bir qərar Fransada həmin sahədə əsas tənzimləyici qurum olan Milli İnformasiya Hüquq və Azadlıqlar Komissiyası tərəfindən verilib.

Komissiya üzvlərinin rəyinə görə, bu servisin istifadəçiləri ilə bağlı məlumatlar yetərincə qorunmayıb: "Lazımi tədbirlər görülsəydi, 2017-ci ilin noyabr ayındakı məlumat sızıntısı baş verməzdi. Həmin vaxt şirkət rəhbərliyi 57 milyon nəfərə dair məlumatların hakerlər tərəfindən qəsb olunduğunu etiraf etmişdi".

Son xəbərlər

Orphus sistemi