Türkmənistan Azərbaycanda ticarət evi açmaq istəyir

Türkmənistan Azərbaycanda ticarət evi açmaq istəyir Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətovla Türkmənistanın Azərbaycandakı səfirliyinin I katibi-konsul Batur Rejepov arasında görüş keçirilib.
Biznes
3 Dekabr , 2018 12:02
Türkmənistan Azərbaycanda ticarət evi açmaq istəyir
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətovla Türkmənistanın Azərbaycandakı səfirliyinin I katibi-konsul Batur Rejepov arasında görüş keçirilib. 

"Report" bu barədə ASK-ya istinadən xəbər verir. 

Son zamanlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan B.Rejepov noyabrın 21-22-də Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanmış 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyətindən bəhs edib.

Görüşdə Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılıb. Diplomat bildirib ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub.

B.Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı ASK-dan onlara dəstək verilməsini xahiş edib.

F.Hümbətov ticarət evinin açılması ilə bağlı ASK-nın müvafiq dəstəyin göstərəcəyinə söz verib. 

Son xəbərlər

Orphus sistemi