Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti: “Petkim”in özəlləşdirilməsinin uğurlu nəticələri görünür"

Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti: “Petkim”in özəlləşdirilməsinin uğurlu nəticələri görünür" Bakı. 26 oktyabr. REPORT.AZ/ “Petkim” neft-kimya kompleksinin özəlləşdirilməsinin uğurlu nəticələrini 10 ildir həm Azərbaycan, həm Türkiyə, həm də dünya görür”.
Biznes
26 Oktyabr , 2018 12:46
Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti: “Petkim”in özəlləşdirilməsinin uğurlu nəticələri görünür
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Petkim” neft-kimya kompleksinin özəlləşdirilməsinin uğurlu nəticələrini 10 ildir həm Azərbaycan, həm Türkiyə, həm də dünya görür”.

“Report” xəbər verir ki, bunu Bakıda Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti Ahmet Aksu bildirib.

O, Türkiyənin 1980-ci ilin əvvəllərindən başlayaraq özəlləşdirmə təcrübəsinə malik olduğunu, bu müddətdə dövlətə aid bir sıra müəssisələrin özəlləşdirildiyini və özəlləşdirilən müəssisələr arasında “Petkim”in (51%) SOCAR-a satılmasını qeyd edib.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Bundan başqa, Təşkilatın Prezidenti Azərbaycanla  gələcək əməkdaşlıq imkanlarından da danışaraq qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə investorları ilə əməkdaşlıqla bağlı müzakirələr aparılır.

“Türkiyədə dövlətə məxsus elektrik paylama, elektrik istehsalı, turizm, şəhərdaxili təbii qazpaylama şirkətləri daxil olmaqla çoxlu sayda müəssisə özəlləşdilib.  Şəkər fabrikləri, elektrik stansiyaları, limanların özəlləşdirilməsi hələ də həyata keçirilir. Azərbaycan iş adamlarının Türkiyədəki iş imkanlarını dəyərləndirmələri, Türkiyə iş adamlarının Azərbaycandakı iş imkanlarını dəyərləndirmələri ilə bağlı müzakirələr aparılır və qarşıdakı günlərdə yenidən görüş keçirilməsi nəzərdə tutulur”- qurumun rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi