Türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib Türkiyə nümayəndə heyəti Azərbaycan tərəfi ilə işgüzar əlaqələrin gücləndirilməsi yollarını müzakirə edəcək
Biznes
4 Avqust , 2016 16:56
Türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatın başçılıq etdiyi türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı iş adamları Azərbaycan işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirəcəklər.

Türkiyə nümayəndə heyəti Azərbaycan tərəfi ilə ölkələr arasında işgüzar əlaqələrin gücləndirilməsi yollarını müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi