Türkiyədə yaradılan şirkətlər üzrə Azərbaycan ilk onluğa düşüb

Türkiyədə yaradılan şirkətlər üzrə Azərbaycan ilk onluğa düşüb Bakı. 14 fevral. REPORT.AZ/ 2017-ci ilin son altı ayı ərzində Türkiyədə Azərbaycan sərmayəli 136 şirkət yaradılıb.
Biznes
14 Fevral , 2018 10:50
Türkiyədə yaradılan şirkətlər üzrə Azərbaycan ilk onluğa düşüb

Bakı. 14 fevral. REPORT.AZ/ 2017-ci ilin son altı ayı ərzində Türkiyədə Azərbaycan sərmayəli 136 şirkət yaradılıb.

“Report” bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

2017-ci ilin sonuna Türkiyədə xarici sərmayəli şirkətlərin ümumi sayı 58 422-yə çatıb. Statistik göstəricilərə əsasən, 2017-ci ilin II yarısında 3 313 yeni şirkət yaradılıb. Qeyd edək ki, 2016-cı ilin sonuna xarici sərmayəli şirkətlərin sayı 52 754 olub ki, bu da 2017-ci ildə bu şirkətlərin sayında illik 5 668 vahid artım olmasını göstərir.

Son altı ayda yaradılan xarici şirkətlərin sıralanmasında ilk yeri 428 şirkətlə Almaniya, ikinci yeri 356 şirkətlə Suriya, üçüncü yeri 231 şirkətlə İran tutub. Daha sonra siyahıda İngiltərə (198), Hollandiya (171), Rusiya (146), Azərbaycan (136), İraq (132), ABŞ (104) və Çin (90) yer alıb.

Son xəbərlər

Orphus sistemi