Türkiyə və Azərbaycan şirkətləri region ölkələrinin bazarına birgə çıxmaq niyyətindədir

Türkiyə və Azərbaycan şirkətləri region ölkələrinin bazarına birgə çıxmaq niyyətindədir Eskişehirdən olan iş adamları azərbaycanlı həmkarları ilə əlaqələrini genişləndirmək niyyətindədir
Biznes
11 May , 2017 19:27
Türkiyə və Azərbaycan şirkətləri region ölkələrinin bazarına birgə çıxmaq niyyətindədir

Bakı. 11 may.REPORT.AZ/ "Türkiyənin Eskişehirdən olan şirkətləri azərbaycanlı həmkarları ilə region ölkələrinin bazarına birgə çıxa bilərlər."

Bunu "Report"a açıqlamasında Türkiyənin Eskişehir Ticarət Palatasının İdarə Heyətinin üzvü Hakan İşık bildirib.

Eskişəhər Ticarət Palatasının hazırda 16 min üzvünün olduğunu qeyd edən H.İşık azərbaycanlı iş adamları ilə region ölkələrinin bazarlarına birgə çıxmaq istəklərinin olduğunu deyib.

"Eskişehir Türkiyənin əsas sənaye mərkəzidir. Burada kiçik, orta və böyük sənaye sahələri akitv şəkildə fəaliyyət göstərir. Şəhərdə ticarət və xidmətlər, tekstil, kənd təsərrüfatı, nəqliyyat, aviasiya məhsulları, mebel məmulatlarınadək müxtəlif məhsulların istehsalını görmək olar. Maşınqayırma, metal və qida sənayesinin bütün sənayedə payı 70% təşkil edir. Eskişəhərdə istehsal edilən əksər məhsullar Türkiyədə mühüm bazar dəyərinə malikdirlər. Dünyanın 22 ölkəsi ilə əməkdaşlıq edirik. Lakin bu vaxta qədər Azərbaycanla bu cür birgə əməkdaşlığımız olmayıb və istərdik ki, bu prosesə start verək", -  H.İşık bildirib.

H. İşıkın sözlərinə görə, 2016-cı ildə Azərbaycanla Eskişehir arasında ticarət dövriyyəsinin həcmi 6 mln. dollar təşkil edib. Bu ilin əvvəlində isə 1 mln. dollar artım qeydə alınıb: "Bu, yüksək rəqəm deyil, eyni zamanda dünyada baş verən qlobal iqtisadi böhran da bizim iqtisadi münasibətlərə təsirsiz ötüşməyib. Düşünürəm ki, bu rəqəmin daha da artması üçün böyük potensial mövcuddur. Ticarət dövriyyəsinin həcmini çox asanlıqla 10 mln. dollara çatdıra bilərik".

Azərbaycanı gec səfər etdiklərini vurğulayan H. İşık qeyd edib ki, Bakıdakı səfərləri çərçivəsində Eskişehirə məxsus mebel məmulatları bu bazarda geniş yayılmayıb. "Səfərimiz zamanı Eskişehir mebel məmulatlarının Azərbaycan bazarında ixrac payının az olduğunun şahidi olduq. Biz bu ixrac həcminin artırmaq niyyətindəyik",- deyə H. İşık bildirib. 

Qeyd edək ki, ötən gündən etibarən Türkiyənin Eskişehir Ticarət Palatasının dəstəyi ilə 10-a yaxın iş adamının Bakıya səfəri başlayıb. Onlar bu gün "Ziraat və Heyvandarlıq Sənayeni Ticarət" MMC, "Oğuz Mobilya", "Atölye mutfak ürünləri", "Mersan nərdivanlar, süni mərmər və səki örtükləri", "Cappac", "Besa Home", "NG Benz" azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirirlər. Şirkət nümayəndələri Azərbaycanda onların məhsullarına olan maraq və tələbat öyrənmək, burada şirkətlərinin yerli filiallarını açmaq, habelə məhsul ixracını həyata keçirmək imkanlarını nəzərdən keçirəcəklər. 

Son xəbərlər

Orphus sistemi