Türkiyə iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Türkiyə iqtisadiyyat naziri Azərbaycana səfər edəcək Nihat Zeybekçi Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf məsələlərini müzakirə edəcək
Biznes
3 Fevral , 2015 11:21
Türkiyə iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Azərbaycana səfər edəcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, türkiyəli nazirin Bakıya səfəri fevralın 4-5-də baş tutacaq. 

Səfər zamanı N.Zeybekçi Azərbaycan Prezidenti İlham Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslərlə görüşəcək. 

Görüşlərdə Azərbaycan və Türkiyə arasında iqtisadi inkişafın gələcək inkişaf yolları müzakirə olunacaq. Bir sıra sənədlərin imzalanması mümkündür.

Son xəbərlər

Orphus sistemi