Yuxarı

​Türkiyə investorları Azərbaycandakı devalvasiyanı nəzərə alacaq

Azərbaycan bu ölkədən 2,8 mlrd. dollarlıq mal idxal edir

Bakı.24 fevral. REPORT.AZ/ Türkiyənin geyim məhsulları istehsalı və satışı ilə məşğul olan şirkətləri Azərbaycanda milli valyutanın (manatın) devalvasiyasına görə Bakıdan onlara edilən təklifləri dəyərləndirir.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Azərbaycanda 3 mağazası və 17 satış məntəqəsi olan "Avva" şirkəti Türkiyə istesalı olan geyim mallarının topdan satış qiymətlərində 10% endirim edib. Məlumatda bildirilib ki, bunu şirkətin İdarə Heyətinin sədri Volkan Atık bildirib.

Xəbərə əsasən, Azərbaycan Türkiyədən 2,8 mlrd. dollarlıq mal idxal edir. Bura geyim, kimyəvi təmizləmə, tikinti materialları, uşaq bezləri və s. daxildir. Bu göstərici ilə Azərbaycan Türkiyənin ixracat bazarında 17-ci yerdədir.

Azərbaycanda Türkiyə istehsalı olan malları satan 149 mağaza və satış məntəqəsi mövcuddur.

Azərbaycan-Türkiyə Biznes Forumunun sədri Çıngiz Gül Azərbycandakı devalvasiyanın ölkəsinə təsir edəcəyini vuruğulayıb: "Qiymətləri uyğunlaşdırmağa çalışacağıq. Ancaq istehlak bazarında Türkiyə malları üstün vəziyyətdədir. Rəsmi qeydiyyatdan keçməyən böyük bir ticarət dövriyyəsi də mövcuddur. Neftin qiyməti 100 dollara olanda təmtərağa görə, italyan malları bizimkilərdən üstün vəziyyətdə olubsa, indi onların qiyməti bizimkilərlə müqayisədə baha olacaq. Bu isə uzun müddətə bizim məhsulların satışına sərfəli şərait yaradacaq".

"Colin's" şirkətinin direktoru Nurəddin Eroğul isə qeyd edib ki, Rusiyada 212, Azərbaycanda 7 eyniadlı mağazaları var: "Bölgədəki sıxıntılar əlbəttə, təsiredicidir. İnsanların alıcılıq qabiliyyətini düşünüb, fədakarlıq edəcəyik. Bir müddət mövcud mağazaları saxlamağa çalışacağıq. Yeni sərmayə qoymayacağıq, gözləmə mövqeyindəyik".

Mənbə bildirib ki, hazırda Azərbaycanda 7 mlrd. dollarlıq Türkiyə sərmayəsi var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi