Azərbaycan və Türkiyə arasında quru yük daşımaları kvotası müəyyənləşdirilib

Azərbaycan və Türkiyə arasında quru yük daşımaları kvotası müəyyənləşdirilib Azərbaycan və Türkiyə arasında quru yük daşımaları sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilə təsdiqlənib.
Biznes
25 Fevral , 2020 12:17
Azərbaycan və Türkiyə arasında quru yük daşımaları kvotası müəyyənləşdirilib
Pexels
0 : 00
0 : 00

Azərbaycan və Türkiyə arasında quru yük daşımaları sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilə təsdiqlənib.

“Report” bu barədə “Resmi Gazete”yə istinadən xəbər verir.

Müqaviləyə əsasən, bu il üçün iki ölkə arasında quru yük daşımaları kvotası 35 min ədəd keçid haqqı müəyyənləşdirilib. Həmçinin 3-cü ölkədən gələn yüklər üçün 3,5 min, Türkiyə limanlarına yük daşımaq üçün Azərbaycan nömrəli maşınlara isə 300 ədəd keçid haqqı verilib.

Bundan başqa, Türkiyə və Naxçıvan arasındakı yük daşımaları üçün əlavə olaraq ikitərəfli 3 min ədəd keçid haqqı verilib.

Xatırladaq ki, yük daşımaları sahəsində müqavilə ötən ilin dekabrın 6-da Bakıda imzalanmışdı.

Son xəbərlər

Orphus sistemi