Rüfət Məmmədov: “Özbəkistanın TDƏŞ-ə üzv olması ilə türkdilli ölkələr arasında ticarət dövriyyəsi kəskin artacaq”

Rüfət Məmmədov: “Özbəkistanın TDƏŞ-ə üzv olması ilə türkdilli ölkələr arasında ticarət dövriyyəsi kəskin artacaq” “Bugünkü tədbirdə türkdilli ölkələrdən 600-a yaxın iş adamı iştirak edir. Əminəm ki, bu görüş türkdilli ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirəcək.
Biznes
14 Oktyabr , 2019 15:34
Rüfət Məmmədov: “Özbəkistanın TDƏŞ-ə üzv olması ilə türkdilli ölkələr arasında ticarət dövriyyəsi kəskin artacaq”

“Bugünkü tədbirdə türkdilli ölkələrdən 600-a yaxın iş adamı iştirak edir. Əminəm ki, bu görüş türkdilli ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirəcək".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən türkdilli ölkələrin biznes forumunda bildirib.

Xatırladaq ki, tədbir sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində baş tutub.

“Türkdilli ölkələr iqtisadi sahədə uğurla əməkdaşlıq edirlər. Bu ölkələr arasında ticarət dövriyyəsinin dəyəri ötən il 2 dəfə artaraq 7 milyard ABŞ dollarına çatıb. Sabah Özbəkistan TDƏŞ-ə üzv olacaq. Bununla da ticarət dövriyyəsinin dəyəri kəskin artaraq 12 milyard dollara çatacaq”, - deyə o qeyd edib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycan indiyə qədər TDƏŞ ölkələrinə 15,3 milyard dollar, TDƏŞ ölkələri Azərbaycana 12,3 milyard dollar investisiya yatırıb: “Hazırda TDƏŞ ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 12%-dir. Ölkəmizdə bu ölkələrə məxsus 3 200 şirkət fəaliyyət göstərir”. 

Son xəbərlər

Orphus sistemi