Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin Bakı görüşündə yekun protokol imzalanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin Bakı görüşündə yekun protokol imzalanıb Toplantıda Qırğızıstanın milli iqtisadiyyat nazirinin müavini və şuranın baş katibi çıxış ediblər
Biznes
21 Dekabr , 2016 14:17
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin Bakı görüşündə yekun protokol imzalanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşkıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşün yekunlarına dair protokol imzalanıb. 

"Report" xəbər verir ki, görüşdə Qırğızıstanın milli iqtisadiyyat nazirinin müavini Ayday Kurmanova və şuranın baş katibi Ramil Həsənov çıxış ediblər. 

Sonda Şura Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinlənilib. Bir gün əvvəl işçi qrupunda müzakirə edilən məsələlər barədə məlumat verilib. Hesabatda qeyd edilən məsələlər üzrə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi