Türk iş adamları Gəncədə olublar

Türk iş adamları Gəncədə olublar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə Şəhər İcra Hakimiyyətinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə türk iş adamlarının Gəncə-Qazax iqtisadi rayonuna investisiya qoyuluşunu təşviq etmək və yerli sahibkarlarla əlaqələrin genişləndirilməsi məqsədilə tədbir keçirilib.
Biznes
26 Aprel , 2019 20:20
Türk iş adamları Gəncədə olublar

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə Şəhər İcra Hakimiyyətinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə türk iş adamlarının Gəncə-Qazax iqtisadi rayonuna investisiya qoyuluşunu təşviq etmək və yerli sahibkarlarla əlaqələrin genişləndirilməsi məqsədilə tədbir keçirilib. 

Bu barədə “Report”a KOBİA-dan məlumat verilib.

“Türk iş adamlarının Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı ilə tanışlığı” mövzusunda təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən türk iş adamları və yerli sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Səməd Tomuyev Gəncənin sosial-iqtisadi potensialı, şəhərə investisiya qoyuluşu imkanları, KOBİA-nın Gəncə şəhəri üzrə nümayəndəsi (“KOB Dostu”) Anar Əliyev türk iş adamları ilə yerli KOB subyektləri arasında əməkdaşlığın qurulması istiqamətləri, Agentliyin fəaliyyəti və dəstək mexanizmləri, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk isə ölkələrimiz arasında əməkdaşlıq barədə məlumat veriblər.

Türk iş adamları regiona investisiya qoyuluşunun genişləndirilməsində və yerli KOB-larla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Tədbir çərçivəsində Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri ölkəmizdə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq sahələrdə həyata keçirilən islahatlar barədə türk iş adamlarını məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Qonaqlar Gəncə şəhərinin soasial-iqtisadi və mədəni inkişafı ilə də tanış olublar.

Son xəbərlər

Orphus sistemi