Tümenli iş adamları Azərbaycanda biznes əlaqələri qurmağa çalışır

Tümenli iş adamları Azərbaycanda biznes əlaqələri qurmağa çalışır Biznesmenlər Azərbaycanın aparıcı neft-qaz çıxarma və servis şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir
Biznes
17 Noyabr , 2015 11:34
Tümenli iş adamları Azərbaycanda biznes əlaqələri qurmağa çalışır

Bakı. 17 noyabr. REPORT.AZ/ Tümenli iş adamları yeni ticarət tərəfdaşları tapmaq, eləcə də işgüzar əlaqələr qurmaq məqsədilə Azərbaycana gəlib.

"Report" Tümen vilayətinin Ticarət-Sənaye Palatasının mətbuat xidmətinə istinadən xəbər verir ki, biznesmenlər 3 gün ərzində Bakıda olacaq. Onlar Azərbaycanın aparıcı neft-qaz çıxarma və servis şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir.

Üstəlik, səfər çərçvəsində Tümendən olan nümayəndə heyəti Bakıda keçirilən "Xəzər dənizi: ətraf mühit üçün texnologiyalar" sərgisində də olacaq.

Qeyd edək ki, nümayəndə heyətini Tümen vilayətinin Ticarət-Sənaye Palatasının xarici iqtisadi fəaliyyət mərkəzinin direktoru Olqa Vollert müşayiət edir.

Son xəbərlər

Orphus sistemi