Yuxarı
    Bağlamaq

    Tramp: "İndi Çinlə danışıqlar aparmaq üçün uyğun vaxt deyil"

    Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin ilə ticarət mübahisələrinin həlli ilə bağlı danışıqlar aparmaq üçün indi uyğun vaxt deyil. Bununla belə, Ağ ev rəhbəri Vaşinqton və Pekinin gec-tez fikir ayrılığını yoluna qoymağa müvəffəq olacağı fikrindədir.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Tramp müvafiq bəyanatla bazar ertəsi Meksika ilə yeni ticarət sövdələşməsinin perspektivlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

    "Bildiyiniz kimi, biz bununla [Meksika ilə sazişlə] əlaqəli olmayan bir çox şeylər üzərində işləyirik. Biz digər ölkələrlə çox işləyirik, Çin onlardan biridir. Onlar danışıqlar aparmaq istəyirlər, ancaq indi açığı, Çinlə danışıqlar aparmaq üçün uyğun vaxt deyil. Lakin mən əminəm ki, əvvəl-axır biz Çinlə sövdələşmə bağlaya biləcəyik. Gec-tez Çinlə hər şey yaxşı olacaq", - deyə Tramp bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi