Tovuzda sahibkarlar üçün treninq keçirilib

Tovuzda sahibkarlar üçün treninq keçirilib Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda sahibkarlar üçün treninq keçirilib.
Biznes
19 Fevral , 2018 19:40
Tovuzda sahibkarlar üçün treninq keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda sahibkarlar üçün treninq keçirilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının təmin edilməsi üzrə müəyyən edilmiş istiqamətə uyğun keçirilən treninqdə iştirakçılara marketinq anlayışı, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, Tovuz rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi yolları və s. barədə məlumat verilib.

Treninqdə iştirakçılar həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi