Yuxarı

​Tovuzda sahibkarlar üçün treninq keçirilib

Sahibkarlara öz hüquqlarını qorumaq və bu sahədə beynəlxalq təcrübə öyrədilir

Bakı. 2 iyun. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Tovuzda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, treninq “Sahibkarların hüquqlarının qorunması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edib.

Treninqdə sahibkarların hüquqlarının qorunması, bu sahədə beynəlxalq təcrübə, biznes mühiti, biznesin növləri, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi