Tovuz və Lerik rayonlarında sahibkarlar üçün treninqlər keçirilib

Tovuz və Lerik rayonlarında sahibkarlar üçün treninqlər keçirilib Təlimlərdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri və s. barədə iştirakçılara ətraflı məlumat verilib
Biznes
6 May , 2015 20:35
Tovuz və Lerik rayonlarında sahibkarlar üçün treninqlər keçirilib

Bakı. 6 may. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Tovuzun Əyyublu kəndində, Lerik rayonunun Piran kəndində isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.

“Report” nazirliyə istinadən bildirir ki, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı”, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularında təşkil edilmiş treninqlərdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə iştirakçılara ətraflı məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi