"Toshiba" şirkəti 6800 nəfəri ixtisara salacaq

"Toshiba" şirkəti 6800 nəfəri ixtisara salacaq "Toshiba" cari maliyyə ilində təxminən 4,5 milyard dollar məbləğində zərər proqnozlaşdırır
Biznes
21 Dekabr , 2015 11:58
Toshiba şirkəti 6800 nəfəri ixtisara salacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ Yaponiya şirkəti "Toshiba" məişət elektronikası sahəsində çalışan işçilərindən 6800 nəfəri ixtisara salacaq.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, ixtisar personalın yenidən bölüşdürülməsi və işçilərin erkən təqaüdə göndərilməsi hesabına ediləcək.

Qeyd edək ki, "Toshiba" şirkəti cari maliyyə ilində (2016-cı il martın 31-də başa çatacaq) təxminən 4,5 milyard dollar məbləğində zərərə qatlaşacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi