Yuxarı

“Toshiba” Rusiya bazarından çıxır

“Toshiba” Rusiyanın televiziya satışı bazarında 10 faizlik paya sahib idi

Bakı. 15 dekabr. REPORT.AZ/ Yaponiyanın texnologiya şirkəti “Toshiba” rus rublunun dəyərinin həddindən artıq dəyişkənliyi ilə əlaqədar Rusiyadakı televiziya və mətbəx texnikasının satışını dayandırıb.

Bu barədə Rusiyanın “Kommersant” qəzetinə müsahibəsinə “Toshiba Rusiya”nın baş direktoru Hiroaki Tezuka məlumat verib. O bildirib ki, “Toshiba” Rusiyada bundan sonra “Russian Mail”, “Sberbank” və “Power Machines” şirkətləri ilə birgə icra etdikləri müəyyən layihələrdə fəaliyyətini davam etdirəcək.

“Toshiba” Rusiyanın televiziya satışı bazarında 10 faizlik paya sahib idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi