Ticarətlə məşğul olan sahibkarlar POS-terminallardakı yüksək faizlərdən şikayət edib

Ticarətlə məşğul olan sahibkarlar POS-terminallardakı yüksək faizlərdən şikayət edib Vergilər nazirinin müavini ilə keçirilən görüşdə bir çox məsələlərlə bağlı vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılıb
Biznes
4 Mart , 2016 11:17
Ticarətlə məşğul olan sahibkarlar POS-terminallardakı yüksək faizlərdən şikayət edib

Bakı. 4 mart. REPORT.AZ/ Vergilər Nazirliyində Bakıda ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov görüşü açaraq ölkədə yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verib.

Ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün daha əlverişli biznes mühitinin yaradılması məqsədilə cari ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dövriyyəsi 200 min manatdan yuxarı olan, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib.

Bu zaman ticarət sektorunda çalışan sahibkarlıq subyektləri 6%, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar isə 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəyəcəklər.

O cümlədən, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırılıb ki, bu da bir çox sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi rejimini tətbiq etmək imkanı verir.

Nazirlik bildirir ki, ötən il dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Vergilər Nazirliyi isə öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.

Sonra vergilər nazirinin müşaviri, Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Habil Məmmədov çıxış edərək, ticarət obyektlərində sənədsiz malların satışının yolverilməz olduğu və yaxın vaxtlarda bununla bağlı nəzarət tədbirlərinin keçiriləcəyi barədə məlumat verib. Görüşdə nəzarət-kassa aparatlarından və POS-terminallardan istifadəni genişləndirmək, vergi orqanları ilə partnyorluq münasibətlərini dərinləşdirməkvə ortaya çıxan sualları birlikdə həll etməklə bağlı tövsiyələr verilib.

Daha sonra yerli istehsalçıların öz mallarına sənəd vermədikləri, sənədsiz köhnə mal qalıqları, POS-terminallardan geniş istifadəyə əngəl törədən yüksək bank faizləri və digər məsələlərlə bağlı vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi