Ticarət attaşesi: "Azərbaycan istehsalı olan məhsulların İrana ixracı artıb"

Ticarət attaşesi: "Azərbaycan istehsalı olan məhsulların İrana ixracı artıb" Bu ilin birinci yarısında Azərbaycan İrana 15 milyon dollar həcmində mal ixrac edib
Biznes
31 Avqust , 2016 10:01
Ticarət attaşesi: Azərbaycan istehsalı olan məhsulların İrana ixracı artıb

Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycan İran məhsullarının idxalçıları arasında 12-ci yerdə qərarlaşıb".

"Report" "Fars"a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə deyib.

Onun sözlərinə görə, İrandan Azərbaycana ixracın həcmi ötən il bütövlükdə 232 milyon dollar təşkil etsə də, İran təqvimi üzrə (martın 20-dən başlayır - red.) bu il artıq 187 milyon dollar həcmində ixrac reallaşıb.

M.İ.Nağızadə, həmçinin Azərbaycandan İrana ixracatın artdığını bildirib: "Bu ilin birinci yarısında Azərbaycan İrana 15 milyon dollar həcmində mal ixrac edib".

Ticarət attaşesi bu inkişafı heyranedici adlandırıb. Bununla yanaşı, o, İranın əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi